Putin Nazarbayevlə görüşüb

Dünya

28.12.2021 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Siyasətçilər regional və beynəlxalq gündəliyin mühüm məsələlərini müzakirə ediblər

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşü keçirilib. AYNA xəbər verir ki, bu barədə Nazarbayevin rəsmi saytında məlumat yerləşdirilib.

"Görüş zamanı siyasətçilər regional və beynəlxalq gündəliyin ən mühüm məsələləri ilə bağlı fikirlərini bölüşüb, həmçinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaranma tarixini və onun inkişaf perspektivlərini müzakirə ediblər", - deyə məlumatda qeyd edilib.

Vurğulanıb ki, Nazarbayev belə inteqrasiya birliyinin effektivliyini və aktuallığını qeyd edib: "Putin isə Aİİ-nin yaranmasına və Avrasiyada iqtisadi əməkdaşlığın inkişafına Nazarbayevin töhfələrini xatırladıb".

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir. Toplantıya Qazaxıstandan iki nümayəndə qatılıb - hazırkı Prezident Qasım-Jomart Tokayev və respublikanın keçmiş lideri Nursultan Nazarbayev.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş