“Putin Belarusda nüvə silahı yerləşdirmək qərarında blef etmir”

Dünya

28.03.2023 - 12:35

Con Bolton: “Rusiyanın Kalininqrad anklavında onsuz da malik olduğu imkanlar ən böyük təhlükədir”

“Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarında blef etmir”. AYNA xəbər verir ki, bu sözləri ABŞ liderinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton deyib.

Amerikalı siyasətçi qeyd edib ki, Putin əvvəllər Vaşinqtonu nüvə silahı ilə hədələmək istəyəndə blef edib: “Amma məncə, Rusiya Prezidenti taktiki nüvə silahlarını Belarusa ötürə bilməsi məsələsində blef etmir ki, bu da ayrı bir problemdir”.

Eyni zamanda, Boltonun fikrincə, hərbi baxımdan bunun böyük əhəmiyyəti olmayacaq.

“Kalininqrad vilayətində çoxlu sayda Rusiya nüvə raketləri, pilotsuz təyyarələr və digər silahlar yerləşdirilib. Rusiyanın Kalininqrad anklavında onsuz da malik olduğu imkanlar ən böyük təhlükədir”, o, dikrini yekunlaşdırıb.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Piter Stano bildirmişdi ki, Aİ Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsini cavabsız qoymayacaq.

Müəllif: Ayna.az