Putin: “ABŞ və NATO-ya artıq təkliflərimizi təqdim etmişik”

Dünya

26.12.2021 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiyanın NATO-nun şərqə doğru genişlənməsinə reaksiyası çox fərqli ola bilər”

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında “Moskva.Kremlin.Putin” proqramının aparıcısı Pavel Zarubinə müsahibəsində Şimali Atlantika Alyansının (NATO) şərqə doğru genişlənməsinə cavab tədbirləri barədə danışıb.

Putin qeyd edib ki, tədbirlər çox fərqli ola bilər: “Lakin bu, rusiyalı hərbi mütəxəssislərin hansı təkliflərlə çıxış etməsindən asılıdır”.

“Kreml diplomatik danışıqlarda nəticə əldə etməyə yönəlmiş strateji təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-ya artıq təkliflərini təqdim edib”, - deyə Rusiya lideri söyləyib.

Putin vurğulayıb ki, bu təkliflər nəyisə dayandırmaq üçün səsləndirilməyib.

Qeyd edək ki, dekabrın 17-də Rusiyanın Xarici İşlər Nazirliyi NATO və ABŞ ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini təqdim edib. Layihədə bildirilir ki, Alyans NATO üzvü olmayan keçmiş SSRİ respublikalarının ərazilərində hərbi bazalar yaratmamalıdır. Moskva Vaşinqtonu həmçinin öz infrastrukturlarından hər hansı hərbi fəaliyyət üçün istifadə etməməyə və onlarla ikitərəfli hərbi əməkdaşlığı inkişaf etdirməyə çağırıb.

Bundan əvvəl isə xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, NATO-nun şərqə doğru genişlənməsi hazırda ən ciddi problemlərdən biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş