Anton Elizarov Malidə yaraqlıların pusqusuna düşüb
Yevgeni Priqojinin keçmiş komandirlərindən biri Anton Elizarov Malidə “Vaqner” şirkətinin pusquya düşən karvanında olub. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin məlumat verib.
“Azawad Hərəkatlarının Koordinasiyası" hərəkatının separatçıları “Vaqner”in komandirini əsir götürə biliblər. Bildirilir ki, o, dərhal geri qaytarılıb.
Rojin həmçinin “Grey Zone” “Telegram” kanalının müəllifi və admini Nikitanın ölümünü təsdiqləyib: “Son altı aydır o, Suriya və Afrika ölkələrində fasiləsiz işləyir. O, əsl rus zabiti olub və əlində silah döyüşdə həlak olub”.
Qeyd edək ki, Elizarov şirkətin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in rəhbəri Dmitri Utkinin olduğu biznes təyyarəsinin qəzaya uğramasından sonra “Vaqner”ə rəhbərlik edib.
İyulun 28-nə keçən gecə bildirilib ki, Kidal şəhəri yaxınlığında “Vaqner”in karvanı “Tuareg” separatçılarının pusqusuna düşüb. Ən azı 20 muzdlu əsgər hücumun qurbanı olub. Lakin bir sıra mənbələr əllidən çox əsgərin sağ qala bilmədiklərini iddia edir.