Teymur Musayev səhiyyə naziri vəzifəsinə təyin olunub
Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AYNA xəbər verir ki, bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə T.Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.