Portuqaliya Ukraynaya sovet istehsalı olan helikopterlər verəcək

Dünya

15.10.2022 - 03:28

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Bu Ukrayna hərbçiləri üçün gözəl hədiyyə olacaq"

Portuqaliya Ukraynaya sovet istehsalı olan 6 ədəd “Kamov” (Ka) tipli helikopter verəcək.

AYNA-nın UNİAN-a istinadla xəbərinə görə, bunu Portuqaliyanın müdafiə naziri Yelena Karreyras bildirib.

 

“Rusiyaya qarşı sanksiyalara görə biz artıq bu helikopterləri istismar edə bilmirik. Onların uçuş sertifikatları ləğv edilib, ehtiyat hissələrini də ala bilmirik. İnanıram ki, bu Ukrayna hərbçiləri üçün gözəl hədiyyə olacaq” – deyə nazir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş