Polşa Ukraynaya verdiyi silahlara görə Aİ-dən yüz milyonlarla avro alacaq

Dünya

03.06.2022 - 07:36

Həkimlər Klinikalar SEO Xidməti

Polşa Ukraynaya tank, özüyeriyən haubitsa, minaatan, pilotsuz təyyarələr və digər silahlar verib

“Polşa Ukraynaya çatdırılan silahlara görə Avropa İttifaqından yüz milyonlarla avro alacaq”. AYNA-nın məlumatına görə, bunu Polşanın Baş Naziri Mateuş Moravetski bəyan edib.

Polşa Ukraynaya bir neçə yüz tank, özüyeriyən haubitsa, minaatan, döyüş sursatı, pilotsuz təyyarələr, döyüş təyyarələri üçün ehtiyat hissələri və digər silahlar verib.

“Ukraynaya müdafiə silahlarının təhvil verilməsi ilə bağlı Avropa İttifaqından dəstək alacağıq. Xüsusi büdcə işə salınıb və bunlar yüz milyonlarla avrodur”, - deyə o, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş