Polis əməliyyat keçirdi

Xəbərlər

30.11.2022 - 15:29

cedabet dərman SEO Xidməti

Oğurluq və narkotik şübhəsi ilə axtarışda olan qadın tutulub

Oğurluq və qanunsuz narkotik dövriyyəsi şübhəsi ilə axtarışda olan şəxs Səbail rayonunda müəyyən olunub. 

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş