“Tehranın Moskva ilə əməkdaşlığı Qərbin sanksiya institutlarını aşağılayır”
“İranın silah zavodları məhv edilməlidir”. AYNA xəbər verir ki, bu bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.
“İşləməyən sanksiyalar, BMT-nin qeyri-fəal qətnaməsi anlayışından imtina edilməsinə, daha dağıdıcı vasitələrə - istehsalın məhv edilməsinə və tədarükçülərin həbsinə keçmək vacibdir”, - Podolyak “Twitter”də yazıb.
Müşavirin fikrincə, Tehranın Moskva ilə əməkdaşlığı Qərbin sanksiya institutlarını aşağılayır.
Qeyd edək ki, dekabrın 22-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Vladimir Zelenskini Moskvaya silah tədarükü ilə bağlı əsassız ittihamlarla İranın səbrini sınamamağa çağırıb.
Kənaninin sözlərinə görə, İran həmişə bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edib. Diplomat əlavə edib ki, “Tehran heç vaxt Ukraynadakı münaqişə tərəflərinin heç birinə hər hansı avadanlıq tədarük etməyib”.