Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

30.12.2022 - 20:54

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada 462 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 50 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 103-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 931 574 olub.

Müəllif: Ayna.az