Səksən üç nəfər Azərbaycan konstitusiyana əl basaraq and içdi

Cəmiyyət

03.08.2019 - 06:41

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb

 

Bu il iyulun 26-da Prezident İlham Əliyevin 83 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncam icrası çərçivəsində Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

 

AYNA xəbər verir ki, DMX-nın Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, qurumun rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Xidmət rəisi insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, bu illər ərzində müraciətlərin rahat şəkildə təşkili nəzərə alınıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən Azərbaycanın tamhüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

 

Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

 

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Müəllif: Ayna.az