Bakıda dördəm dünyaya gəlib - <font color=red> VİDEO</font>

Cəmiyyət

07.11.2019 - 00:38

Həkimlər Klinikalar SEO Xidməti

Keçən il ailə quran cütlük valideyn olmaq hissini yaşayırlar

 

Bakıda yaşayan Qadadovlar ailəsində dördəm dünyaya gəlib. AYNA Xəzərxəbər-ə istinadən xəbər verir ki, uşaqlardan 1-i oğlan, 3-ü isə qız övladıdır.

 

Keçən il ailə quran cütlük valideyn olmaq hissini yaşayırlar. Uşaqların vəziyyəti qənaətbəxşdir.

 

Uşaqların valideynlərinin sözlərinə görə, övladlarının dördəm olacağını biləndə təəccüb hissi keçiriblər.

 

Uşaqların anası Reyhan Qadadova deyib ki, artıq indidən uşaqları səhv salır. Körpələrə verilən adlarının isə maraqlı və bir o qədər də duyğusal tarixcəsi var.

 

Dördəmlərin babasının sözlərinə görə, bu körpələrlə birlikdə nəvələrinin sayı 14-ə çatıb.

 

Qeyd edək ki, orta statistikaya görə, hər il ölkədə 4-5 dördəm dünyaya gəlir.

Müəllif: Ayna.az