Bu şəkillərə diqqətlə baxaq və düşünək: Biz doğru yoldayıqmı – <font color=red> FOTOLAR</font>

Cəmiyyət

22.12.2019 - 10:44

“Tarlada işləyən uşaqlar arasında arıq, kasıb, qayğıdan kənar olanlar vardı, onların halına ürəyim ağrıdı”

 

Azərbaycanda uşaq əməyi varmı? BMT-yə təqdim olunan hesabatlara görə, ölkədə uşaq əməyindən istifadə olunmur, istismar faktından söhbət gedə bilməz.

 

Amma bu günlərdə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun pambıq plantasiyalarında çəkdiyi paylaşdığı fotolor diqqəti çəlb edib. Həmin şəkillərlə bağlı AYNA-ya danışan ekspert vəziyyətə belə izah verib: “Bu il də ənənəvi olaraq bölgələrdə pambıq tarlalarını gəzirdik,  hamısında uşaqlar işləyirdilər. Maraqlandıq, dedilər, “sosial imkanları zəif olan uşaqlardır, bəziləri kimsəsizdir, bəzilərinin atası yoxdur, anası xəstədir” və s. Belə uşaqlar arasında məktəb üzü görməyənlər də vardı. Faktiki tarlada onların əməyi istismar olunurdu”.

Raminə Eyvazqızı