“Ermənistanla Azərbaycan arasında sərhədlər Alma-Ata Bəyannaməsi ilə müəyyən edilib”
Azərbaycanla uzunmüddətli sülh əldə etmək imkanı var. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
“Ermənistanla Azərbaycan arasında sərhədlər Alma-Ata Bəyannaməsi ilə müəyyən edilib və Praqa razılaşması ilə təsdiqini tapıb. Delimitasiya prosesi onların möhkəmlənməsinə və dövlət sərhədinin əks olunmasına imkan verəcək”, - Paşinyan vurğulayıb.