Müəllimlərdən pul yığan direktor işdən çıxarıldı - <font color=red> VİDEO</font>

Xəbərlər

07.10.2019 - 17:34

Həmin faktla bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır

 

Bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı məlumat yayılıb.

 

AYNA Təhsil Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmələrinin rəhbərləri həmin məktəbdə olublar.

 

Məlum olub ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq yeni məktəbin tikintisini aparıldığı müddətdə tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi qərara alınıb. Buna baxmayaraq, məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib. 

 

Həmin faktla bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır. Araşdırma aparıldığı müddətdə məktəbin direktoru Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. 

https://ok.ru/video/1433787828842?fromTime=27

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə