Ermənistan Baş naziri ilə İran Prezidenti arasında telefon danışığı olub
Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. AYNA-nın erməni mediasına istinadən məlumatına görə, Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının Prezidenti Şarl Mişellə görüşü barədə Rəsini məlumatlandırıb.
Ermənistan və İran liderləri regional kommunikasiyaların blokdan çıxarılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin başlanması, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması perspektivləri və Qarabağ məsələsinin həlli prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər. Üçüncü elektrik ötürücü xəttinin, Şimal-Cənub magistralının tikintisi və enerji məsələlərinə xüsusi diqqət yetirilib.
Paşinyan və Rəisi iki ölkənin paytaxtlarına səfər etmək dəvətlərini təsdiqləyiblər.