Parisdə kişi iki qadını girov götürüb

Dünya

20.12.2021 - 22:12

Həkimlər Klinikalar SEO Xidməti

Onun ədliyyə naziri ilə danışmaq istədiyi bildirilir

Fransa paytaxtı Parisin 12-ci dairəsində bıçaqlı kişi iki qadını girov götürüb.

AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə Aliqr küçəsində yerləşən mağazada baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 50 yaşlı kişi psixi pozğunluqdan əziyyət çəkir. Onun Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyi bildirilir.

Hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş