Papua-Yeni Qvineyada torpaq sürüşməsi zamanı 4 mindən çox insan xəsarət alıb

Dünya

26.05.2024 - 09:17

Sürüşmə nəticəsində altı kənd zərər çəkib

Papua Yeni Qvineyanın şimalında baş verən sürüşmə nəticəsində 4 mindən çox insan xəsarət alıb.

AYNA-nın məlumatına görə, bu barədə “Reuters” "CARE Australia" humanitar qrupuna istinadən xəbər verir.

Torpaq sürüşməsi mayın 24-də Enqa əyalətinin Kaokalam kəndində baş verib. Yerli KİV rəsmilərə istinadən yazıb ki, təbii fəlakət nəticəsində 300-ə yaxın insan və 1 000-dən çox ev "basdırılıb".

Avstraliya Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, sürüşmə nəticəsində altı kənd zərər çəkib. Bu yaşayış məntəqələrinin ərazisində 4 mindən çox insan yaşayır.

“CARE Australia” qeyd edib ki, zərərçəkənlərin ümumi sayı 4 min nəfərdən çox ola bilər, çünki Enqa əyaləti yaxınlıqdakı ərazilərdə münaqişə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalanlar üçün sığınacaq yeri idi. “Reuters” bildirib ki, söhbət əyalətlərdə qəbilələrarası münaqişələrdən gedir. Onların nəticəsində ilin əvvəlindən 26 nəfər həlak olub.

Müəllif: Ayna.az