Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

Xəbərlər

04.03.2024 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

2 019,8 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. AYNA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2 019,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş