Ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib
Ötən gün Azərbaycanda yol qəzalarında 1 nəfər ölüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 24-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd edilib ki, dünənki yol qəzalarında 1 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.