Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Xəbərlər

20.12.2022 - 12:13

cedabet dərman SEO Xidməti

Ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub

Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarılan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş