Polis mübarizə tədbirlərini davam etdirir
Polis əməkdaşlarının yanvarın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,2 kiloqrama yaxın heroin, 12,5 kiloqramdan artıq marixuana, 46 qram tiryək, həmçinin 2,4 kiloqramdan çox metamfetamin və 100 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.