Əhaliyə qaz xəbərdarlığı

Xəbərlər

11.09.2019 - 11:06

Qaz xətlərində təmir-sazlama işləri aparılacaq

 

Bu gün saat 10:00-dan Şamaxı rayonunun mərkəzində və 1 qəsəbəsində, Sumqayıt şəhərinin Kimyaçılar və Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə qaz təchizatı dayandırılıb.

 

Bu barədə AYNA "Azəriqaz" İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, bu gün saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

 

Məlumata görə, buna səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir-sazlama işlərinin aparılmasıdır.

Müəllif: Ayna.az