Ordumuzun Kəlbəcər və Daşkəsəndəki mövqeləri atəşə tutulub

Xəbərlər

30.12.2022 - 13:04

cedabet dərman SEO Xidməti

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb: "Bildiririk ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş