“Omikron” ştamına görə 6 minədək təyyarə reysi ləğv edilib

Dünya

26.12.2021 - 05:16

Həkimlər Klinikalar SEO Xidməti

Ən ciddi azalma ABŞ və Çinə olan uçuşlarda qeydə alınıb

“Omikron” ştamına yoluxmalar artdığı üçün aviasiya şirkətləri dünya üzrə həftə sonunda 6 minədək təyyarə reysini ləğv edib.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, dünya üzrə cümə günü 2400, şənbə günü isə 2500-dək reys ləğv olunub. Bazar günü təxminən 1000 reysin ləğv olunması gözlənilir. Bundan əlavə, 15 minədək reys gecikmə ilə yerinə yetirilib. Ən ciddi azalma ABŞ və Çinə olan uçuşlarda qeydə alınıb.

“Lufthansa”, “Delta” və daha bir neçə şirkət uçuş heyətinin yoluxmasına görə reyslərin sayını azaltmağa məcbur olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş