Nigeriyada insanları girov götürən 300-dən çox cinayətkar saxlanılıb

Dünya

13.02.2024 - 02:52

Saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılacaq

Nigeriya polisi Abucada insanları girov götürməkdə şübhəli bilinən 307 nəfəri saxlayıb.

AYNA-nın məlumatına görə, bu barədə paytaxt polisinin rəisi Bennett İqve xəbər verib.

"Əməliyyat fevralın 11-də keçirilib. Şübhəlilərdən odlu silahlar götürülüb", - İqve qeyd edib. O, bildiib ki, barələrində cinayət işi olan saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılacaq.

Son illər Nigeriyada girov götürmə gəlirli biznesə çevrilib. Girovluq qaçırılanların azad edilməsi üçün fidyə şəklində böyük gəlir gətirir.

Müəllif: Ayna.az