Nigeriyada daşqınlar nəticəsində 60 nəfər ölüb

Dünya

01.09.2022 - 01:44

Həkimlər Klinikalar SEO Xidməti

Təbii fəlakət nəticəsində ölən daha 15 nəfərin meyiti tapılıb

Nigeriyada daşqınlar və çoxsaylı torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Məhəmməd Usman bildirib.

Ölkənin şimal-şərqindəki Borno əyalətinin paytaxtı Maiduquri şəhərinin inzibati sərhədlərində daha 15 nəfərin meyiti tapılıb.

Qeyd edək ki, Nigeriyanın şimal-şərqində bir neçə gündür yağan leysan sel və çoxsaylı sürüşmələrə səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş