Təbii fəlakət xeyli sayda insanın həyatına son qoyub
Nigeriyanın şimalındakı dörd ştatda may ayında indiyədək yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 157 nəfər ölüb.
AYNA xəbər verir ki, bu barədə Nigeriyanın "Channels TV" telekanalı məlumat yayıb.
Təkcə Katsina ştatında 24 nəfər həlak olub, 16 mindən çox ev dağılıb. Yobe ştatında 75 nəfər, Jiqavada 40, Nigerdə 18 nəfər ölüb.
Nigeriyada yağışlı mövsüm mayın sonunda başlayır və sentyabrda bitib.