Bakıda polis rüşvət alarkən yaxalanıb - VİDEO

Bakıda polis rüşvət alarkən yaxalanıb -           VİDEO

Polis yol hərəkəti qaydalarını pozan piyadalardan rüşvət alıb

 

Sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən video yayılıb.

 

AYNA xəbər verir ki, görüntü Bakı şəhərində qeydə alınıb.

 

Yayılmış görüntülərdən anlaşılır ki, yol polisi yol hərəkəti qaydalarını pozan hər iki gəncdən 10 manat pul alır. Bunun müqabilində isə onlara qanunla nəzərdə tutulan protokolu yazmır.

Xatırladaq  ki, İnzibati Xətalar Məcəlləsinə  əsasən, yolu təyin olunan yerdən keçməyən piyadalar 40 manat məbləğində cərimə olunur. Cərimələnən şəxs yazılmış protokola uyğun olaraq ödənişi banka edir.

Müəllif: Ayna.az      4 İyul 2019 16:22
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin