Şuşada "ASAN xidmət" mərkəzinin hazır olacağı tarix açıqlanıb

Xəbərlər

10.05.2024 - 13:55

Mərkəz iyun ayında hazır olacaq

“Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyun ayın sonunda hazır olmalıdır". AYNA xəbər verir ki, bu barədə bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

"Həm Xankəndi, həm də Şuşa şəhərlərinin sakinləri Şuşa şəhərindəki "ASAN xidmət" mərkəzinin fəaliyyətindən yararlana bilərlər. Ümumilikdə isə Şuşa ilə yanaşı, Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də "ASAN Xidmət" mərkəzlərinin yaradılması nəzərdə tutulur", - Mehdiyev bildirib.

Müəllif: Ayna.az