Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

Dünya

10.05.2024 - 15:36

“UKMTO Yəmənin Ədən şəhərinin 195 dəniz mili şərqində baş vermiş insidentlə bağlı məlumatlandırılıb”

 Britaniya bayrağı altında üzən gəmi Ədən körfəzində naməlum şəxslərin hücumuna məruz qalıb. AYNA xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.

Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir. Hücumla bağlı məlumat Britaniya gəmisinin kapitanından alınıb.

“UKMTO Yəmənin Ədən şəhərinin 195 dəniz mili şərqində baş vermiş insidentlə bağlı məlumatlandırılıb”, - təşkilatın bəyanatında deyilir.

Hadisə ilə bağlı əlavə məlumat verilmir. Bu fonda UKMTO digər gəmilərin ekipajlarını ehtiyatlı olmağa və "hər hansı şübhəli fəaliyyət" barədə məlumat verməyə çağırıb.

Bundan əvvəl Britaniya Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeyda limanından 60 dəniz mili cənub-qərbdə gəmiyə naməlum hücumçuların növbəti hücumu barədə məlumat vermişdi. Martın əvvəlində UKMTO Yəmənin Aden şəhərindən 50 dəniz mili cənub-şərqində gəmiyə hücum etdiyini açıqlayıb.

2023-cü ilin noyabr ayından İsrail Müdafiə Qüvvələri ilə Fələstinin HƏMAS qruplaşması arasında münaqişənin kəskinləşməsi fonunda Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndeb boğazında xarici gəmi və tankerlərə hücumlar baş verir.

Müəllif: Ayna.az