Puqaçova və digər rus sənətçilər İsrailə inteqrasiya olunublar

Dünya

10.05.2024 - 12:59

İsrail səfiri: “Puqaçova və Rusiyadan olan digər sənətçiləri ölkə artıq israilli kimi tanıyıb”

“Rusiyalı müğənni Alla Puqaçova və digər sənətçilər uğurla İsrailə inteqrasiya ediblər və ölkə artıq onları israilli kimi tanıyıb”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Rusiyadakı səfiri Simone Halperin bildirib.

Diplomat Rusiyanı tərk edən mədəniyyət xadimlərinin ölkəyə daxil olmasını sevindirici saydıqlarını deyib: “Onların hamısı İsraildə israillidirlər, yəni inteqrasiya olunublar. Bəzən konsertlərdə, teatrda çıxış edirlər”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə qarşı olan bir çox Rusiya sənət adamı ölkəni tərk edərək İsrailə köç ediblər. Onların içərisində Rusiya estradasının ulduzu Alla Puqaçova da var.

Müəllif: Ayna.az