Oğuzda 3 qumbara aşkarlanıb

Xəbərlər

10.05.2024 - 17:38

Daha 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb

Oğuzda qumbara və sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az