Putin bu il silah satışından əldə olunan gəliri açıqladı

Putin bu il silah satışından əldə olunan gəliri açıqladı

“Bu il 13 milyard dollar dəyərində silah satılıb"

 

Rusiya Prezidenti Vladimir Putin bu il silah ixracından əldə olunan gəliri açıqlayıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Putin bu barədə xarici dövlətlərlə hərbi texniki əməkdaşlıq komitəsinin iclasında məlumat verib:

 

“Bu il 13 milyard dollar dəyərində silah satılıb. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard dollar çoxdur. Sanksiyalara və haqsız rəqabətə baxmayaraq, beynəlxalq silah bazarında Rusiyanın mövqeyi daha da güclənir. Bu il xarici dövlətlər Rusiyada təşkil edilən fərqli sərgilərdə müdafiə sənayesinin uğurları ilə tanış olublar. Bu sərgilərdə təxminən 35 milyard rublluq (558 milyon dollar) müqavilə imzalandı. Adətən Rusiya silahlarının sifariş portfeli sabit olaraq qalır”.

 

Putin silah satışı mövzusunda Afrika qitəsi daxil olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, Müstəqil Dövlətlər Birliyi üzvləri və digər ənənəvi tərəfdaşlara əhəmiyyət verilməli olduğunu qeyd edib, Afrika ölkələri üçün əlverişli və çevik ödəniş şərtləri ilə silah satışı müqavilələrinin öyrənilməsinə çağırış edib.

Müəllif: Ayna.az      17 Dekabr 2019 03:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin