Əsas səhifə Haqqımızda Xəbər lenti

"Liverpul" rekord yenilədi

"Liverpul" rekord yenilədi

Klub İngiltərə çempionatında 7 mininci qolunu vurub

 

“Liverpul” klubu İngiltərə çempionatında 7 mininci qolunu vurub. AYNA  AzərTac-a istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXVI turunda “Şeffild Yunayted”lə görüşə təsadüf edib.

 

“Şeffild Yunayted”i 2:0 hesabı ilə məğlub edən oyunda Mersisayd təmsilçisinin sonuncu qolu tarixə düşüb. Həmin qolu 64-cü dəqiqədə Kin Brayan öz qapısına vurub.

 

“Liverpul” İngiltərə çempionatında 7 mininci qol vuran ikinci komanda olub. İlk belə nailiyyətə “Everton” imza atıb. Şəhərin digər təmsilçisinin aktivində 7108 qol var.

 

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 1894/1895-ci mövsümündə debüt edib. "Qırmızılar" 19 dəfə qızıl medal qazanıblar.

Müəllif: Ayna.az      2 Mart 2021 02:47
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin