Əsas səhifə Haqqımızda Xəbər lenti

Zaxarova: “Minsk Qrupunun həmsədrliyi formatında işləyirik”

Zaxarova: “Minsk Qrupunun həmsədrliyi formatında işləyirik”

“Rusiya Dağlıq Qarabağda qan tökülməsini dayandırmağa yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir”

 

“Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmağa yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə söyləyib.

 

Zaxarova qeyd edib ki, münaqişənin nizamlanması məsələləri 20 və 21 oktyabr tarixlərində, Moskvada Rusiyanın XİN başçısı Sergey Lavrovun erməni və azərbaycanlı həmkarları ilə ayrı-ayrı görüşləri zamanı müzakirə olunub.

 

"Əvvəlki kimi, ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında işləyirik. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda keçirilməsi planlaşdırılır", deyə Rusiya XİN rəsmisi bildirib.

Müəllif: Ayna.az      22 Oktyabr 2020 17:58
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin