Əsas səhifə Haqqımızda Xəbər lenti

Fransada xalq küçələrə axışıb, irqçiliyi lənətlədi

Fransada xalq küçələrə axışıb, irqçiliyi lənətlədi

Nazir: “Bundan sonra saxlanılan vətəndaşların polis boynuna toxunmayacaq”

 

Fransada irqçiliyə qarşı etiraz aksiyaları keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, paytaxt Parisdə pandemiya səbəbindən aksiya və sərbəst toplaşma qadağası olsa da, insanlar Cümhuriyyət meydanında bir araya gəliblər.

 

Fransa vətəndaşları 2016-cı ildə polis bölməsində ölən Adama Traore üçün 8 dəqiqə 46 saniyə “sükut dəqiqəsi” keçiriblər. Ədalət istəyən, irqçiliyi lənətləyən aksiyaçılar arasında qaradərililərdən çox ağdərili fransızların olması diqqət çəkib.

 

“Rədd olsun faşizm”, “Ədalət”, “Bərabərlik”, “Azadlıq”, “Hüquq”kimi şüarlar qaldıran aksiya iştirakçıları irqçiliyi lənətləyiblər.

 

Adama Traorenin bacısı Assa Traore açıqlamasında xalqı şənbə günü böyük mitinqə çıxmağa səsləyib. Traore ədalət bərpa olunana kimi, hər həftə küçələrə çıxacaqlarını söyləyib.

 

Fransadakə aksiyalarla bağlı açıqlama verən ölkənin Daxili İşlər naziri Kristofer Kastaner deyib ki, 21-ci əsrdə Fransada irqçi polislərin olması iddiası qəbul edilə bilməz: “Traore hadisəsini şiddətlə lənətləyirəm. Hesab edirəm ki, araşdırmalar ədalətli nəticəyə çatacaq. Bundan sonra saxlanılan vətəndaşların polis boynuna toxunmayacaq. Saxlanılma qaydaları haqqında boyundan tutma detail polis məktəblərində dərslərdən çıxarılacaq”.

Müəllif: Ayna.az      10 İyun 2020 11:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin