Bu ölkədə iki aydan sonra ilk yaşandı

Bu ölkədə iki aydan sonra ilk yaşandı

Danimarkada martın 13-dən bəri ilk dəfədir ki, koronavirusdan ölən olmayıb

 

Danimarkada martın 13-dən bəri ilk dəfədir ki, koronavirusdan ölən olmayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu, mayın 15-də qeydə alınıb. Eyni zamanda, ölkədə yoluxma hallarının ümumi sayı 78 nəfər artaraq 10 min 791-ə çatıb.

 

Xəstələrdən 10-u sağalıb, 137 nəfərin müalicəsi davam etdirilir. İndiyədək virusdan 537 nəfər həyatını itirib. Ölkənin səhiyyə orqanları hesab edir ki, koronavirusun ikinci dalğasının krallığa zərər vurması mümkün deyil. Odur ki, ölkədə vətəndaşların həyatı normal axara qayıtmaqdadır. Belə ki, yuxarı sinif şagirdləri üçün məktəblərin yenidən açılması ilə yanaşı, bir çox dükanlar və restoranlar da fəaliyyətə başlayır.

Müəllif: Ayna.az      17 May 2020 11:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin