İsrailin Baş naziri ABŞ-a səfərini ləğv edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimi üçün ABŞ-a əvvəlcədən planlaşdırdığı səfərini ləğv edib.
AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail hökuməti başçısının köməkçilərindən birinə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi İsrail hökumətinin başçısının bu planlardan niyə imtina etdiyini açıqlamayıb.