Neft ucuzlaşıb, qaz bahalaşıb

İqtisadiyyat

27.02.2023 - 15:29

Neftin bir bareli 75,93 dollara düşüb, qa isə 1,65 faiz bahalaşıb

Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə edilib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,5 dollar azalaraq 82,66 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 75,93 dollar təşkil edib.

Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti isə bahalaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (British thermal unit – Britaniya termal vahidi) üçün 0,04 ABŞ dolları və ya 1,65 faiz bahalaşaraq 2,59 dollar təşkil edib.

Müəllif: Ayna.az