Nazirlik: Fermerdən 10 qəpiyə aldıqları məhsulu bazarda 1 manata satırlar

İqtisadiyyat

24.07.2019 - 17:27

"Bunun adı insafsızlıqdır, vətəndaşın cibinə girməkdir"

 

Hər kəsə məlumdur ki, paytaxtdakı bazarlarda yemişin qiyməti 1 manatdan aşağı deyil. Təbii ki, mövsüm olmasına baxmayaraq, qiymətlərin "əl yandırması" əhalinin narazılığına səbəb olur. 

 

AYNA xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov öz "Facebook" statusunda bu məsələyə aydınlıq gətirib. O, yemişin fermerlərdən alış qiymətinin çox ucuz olduğunu deyib.

Qeyd edib ki, qiymətlərin baha olması alverçilərin tamahkarlıqğından irəli gəlir: "Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir. Fermer deyir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən satdıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər. Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər". 

Vüqar M. Hüseynov adlı şəxsin şəkli.

V.Hüseynov yemişlərin fotosunu paylaşaraq bunları əlavə edib: "Bu fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkmişəm. Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1-1.5 manata satılır. Bunun adı insafsızlıqdır, vətəndaşın cibinə girməkdir. Fermerin əməyinə yazıq!" 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə