“Xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur”
Digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, Azərbaycanda xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Qeyd edək ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada meymunçiçəyi (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.
ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.