Navalnının ölümü ilə bağlı 30 fiziki və hüquqi şəxsə sanksiya tətbiq ediləcək

Dünya

19.03.2024 - 13:39

Avropa İttifaqının xarici işlər nazirləri razılığa gəliblər

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər. AYNA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət departamentinin rəhbəri Cozef Borrel bildirib.

Qeyd edib ki, 30-a yaxın fiziki və hüquqi şəxs məhdudiyyətlərə məruz qalacaq.

Konkret kimlərin sanksiyalar siyahısına daxil ediləcəyi hələlik açıqlanmır.

Müəllif: Ayna.az