NATO rəhbərliyi öz əməkdaşlarına qadağa ilə bağlı bildiriş göndərib
NATO öz əməkdaşlarına Çin sosial şəbəkə tətbiqi “TikTok”u xidməti cihazlara yükləməyi qadağan edib.
AYNA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.
Televiziyanın məlumatına görə, NATO rəhbərliyi öz əməkdaşlarına bildiriş göndərib.
Bununla da qadağa rəsmiləşib. Əslində daxili texniki məhdudiyyətlər səbəbindən əvvəllər də “TikTok” tətbiqi alyansın cihazlarında istifadə oluna bilməyib.