Yerə nəhəng asteroid yaxınlaşır

Xəbərlər

19.10.2019 - 06:42

Oktyabrın 25-də asteroid dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək

 

Yerə nəhəng asteroid yaxınlaşır.

 

AYNA xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.

 

Asteroidin diametri 400 -1000 metrdir. Bildirilib ki, oktyabrın 25-də bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək.

 

Lakin NASA asteroidin Yer üçün təhlükə törətməyəcini bəyan edib.

 

Bu asteroid “Apollonlar” qrupuna aiddir və 18 aprel 1998-ci ildə kəşf edilib. Ümumilikdə isə qrupda 5 mindən çox asteroid mövcuddur.

 

Müəllif: Ayna.az