Vilayət Eyvazov yeni polis rəisi təyin edib

Xəbərlər

25.10.2019 - 17:50

Sumqayıtın rəis müavini Mingəçevirə rəis göndərilib

 

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. AYNA “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.

Müəllif: Ayna.az