NATO: Baxmut tezliklə Rusiyanın tam nəzarətinə keçə bilər

Dünya

08.03.2023 - 17:31

cedabet dərman SEO Xidməti

“Ukraynaya silah tədarükünün davam etdirilməsi zəruridir”

NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, Ukraynanın Baxmut şəhəri tezliklə Rusiyanın tam nəzarətinə keçə bilər. AYNA xarici mediaya istinadən xəbər verir ki, NATO rəsmisi Baxmutun yaxın bir neçə gün ərzində işğal ediləcəyini istisna etməyib.

Eyni zamanda, Alyansın baş katibinin fikrincə, bu, hərbi əməliyyatlarda Rusiya üçün dönüş nöqtəsi olmayacaq: “Lakin Ukraynaya silah tədarükünün davam etdirilməsi zəruridir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın “Vaqner” hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin Rusiya qüvvələrinin baxmutun şərq hissəsini tamamilə nəzarətə götürdüyünü açıqlayıb. O vurğulayıb ki, Baxmut çayının şərqində yerləşən ərazilər “Vaqner”in nəzarətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş