NATO Azərbaycan Ordusunun hərbçiləri üçün təlim kursu keçirir - FOTO

Xəbərlər

10.11.2022 - 17:49

cedabet dərman SEO Xidməti

Təlimlər noyabrın 12-dək davam edəcək

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri" və digər mövzularda brifinqlər təqdim olunub.

Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyatı mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.

NATO Azərbaycan Ordusunun hərbçiləri üçün təlim kursu keçirir -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş