Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

Xəbərlər

13.09.2022 - 11:49

cedabet dərman SEO Xidməti

Sürücü və sərnişinləri Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər

Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən sürücü - Bakı şəhər sakini Ramin Qədimovun narkotik vasitənin təsir altında olması müəyyən edilib.

O və sərnişinləri - Xəqani Rəhimov, əvvəllər məhkum olunmuş Səbuhi Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.

Polis İdarəsində S. Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş