Narkotik satıcısı saxlanıldı

Xəbərlər

16.01.2022 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

Ondan heroin, marixuana və ədəd elektron tərəzi aşkarlanaraq götürülüb

Qazaxda narkotik satıcısı saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sənan Bayramov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Qazax RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş